Azərbaycan futbolu tarixində antirekord qeydə alınıb

Azərbaycan futbolu tarixində antirekord qeydə alınıb
# 22 avqust 2014 09:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan klublarının avrokuboklarda çıxışının 22 illik tarixi ərzində ilk dəfə bir oyunda 2 avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Serbiyada “Partizan” üçün 2 qol vuran “Neftçi” antirekordun müəllifi olub.

İlk yarıda Denis Silva, fasilədən sonra Elvin Yunuszadə qapıları səhv salıb. Bunadək Azərbaycan təmsilçiləri 1 dəfə belə xətaya səhv vermişdi. Buna da 16 il əvvəl təsadüf olunmuşdu.

İndi “Bakı” adını daşıyan o vaxtkı “Dinamo” Rumıniyada öz qapısına qol vurmaqla “siftə” etmişdi. Həmin görüşün 3-cü dəqiqəsində Rafael Əmirbəyov ilk avtoqolumuzun müəllifi olmuşdu. “Neftçi” isə daha çox – 2 belə qol vurub. Bununla, avtoqollarımızın sayı 3-ə çatıb.

UEFA kuboku
22.07.1998. “Arceş” (Rumıniya) – “Dinamo” – 5:1
Avtoqol: Rafael Əmirbəyov, 3

Avropa Liqası
21.08.2014. “Partizan” (Serbiiya) – “Neftçi” – 3:2
Avtoqollar: Denis Silva, 29, Elvin Yunuszadə, 69

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR