Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 02 iyun 2016 10:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Kazan-Bakı reysi ilə Rusiyadan Azərbaycana gələn avtobusa gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş 10 000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR