Gürcüstanda keçiriləcək Gənclərin 13-cü Olimpiya Oyunlarının məşəli Marneuliyə gətirilib - FOTO

Gürcüstanda keçiriləcək Gənclərin 13-cü Olimpiya Oyunlarının məşəli Marneuliyə gətirilib - <span style="color: red;">FOTO
# 03 iyun 2015 23:47 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Olimpiya Oyunları məşəlinin daşıyıcıları həm gürcü, həm də azərbaycanlı idmançılar olub. Marneulinin girəcəyində məşəli ilk qarşılayan Marneuli rayon icra hakimiyyəti başçısının müavini Temur Beridze və digər idmançılar, həmçinin 2014-cü ildə Ginnesin Rekordlar Kitabına düşən "maqnit adam" Etibar Elçiyev Budaqlı, azərbaycanlı idman müəllimi Müsəllim Qəhrəmanov, gürcü idmançılarından Zaza Davadze, İomer Jorjoliani və digər idmançılar məşəlin daşıyıcıları olublar. 13 - cü Olimpiya Oyunlarının məşəli alqış sədaları altında Marneulinin küçələrində nümayiş etdirilib.

Tədbirdə Marneuli İcra Hakimiyyətinin başçısı Merab Topçişvili çıxış edərək Gənclərin 13 - cü Olimpiya Oyunlarında iştirak edəcək idmançılara qələbələr arzulayıb. Sonra Marneulinin mərkəzində idman yarışları, folklor ansambllarının konserti başlayıb. Konsertdə gürcü estradasının məşhur simaları və ifaçılar çıxış edirlər. Məşəlin şərəfinə həsr olunan konsert proqramı bütün gecə davam edəcək. Marneulidə atəşfəşanlıq da keçirilib.

Qeyd edək ki, mayın 26-sı - Gürcüstanın müstəqilliyi günü, Olimpiya məşəli Yunanıstandan Gürcüstana ilk dəfə Batumi şəhərinə daxil olub. Mərhələ ilə Gürcüstanın şəhərlərini gəzən məşəl iyunun 26-da Tiflis şəhərinə daxil olacaq. Olimpiya məşəlini qəbul edən şəhərlərdə konsert proqramları və idman yarışları təşkil edilir. Tiflisdə keçiriləcək Gənclərin 13 - cü Olimpiya Oyunlarına 49 ölkədən 3800 iştirakçı qatılacaq və idmançılar 9 idman növü üzrə yarışacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR