Azərbaycanda poçt göndərişlərinin izlənilməsi proseduru elektronlaşdırılıb

Azərbaycanda poçt göndərişlərinin izlənilməsi proseduru elektronlaşdırılıb
# 06 may 2015 07:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) daha bir xidmətini “Elektron hökumət” portalı üzərindən göstərməyə başlayıb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, RYTN-in “Poçt göndərişlərinin izlənilməsi” xidməti portala inteqrasiya olunub.

Bu xidmət vasitəsilə nazirliyin “Azərpoçt” MMC-nin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.

Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrix-kod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.

Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR