“Qanun” nəşriyyatında axtarış başa çatıb

“Qanun” nəşriyyatında axtarış başa çatıb
# 12 iyun 2016 16:16 (UTC +04:00)

Bakı-APA. “Polis əməkdaşlarının “Qanun” nəşriyyatında apardığı axtarış başa çatıb. Polislər bomba həyəcanı ilə gəlmişdilər, bu da özünü doğrultmadı, bomba tapılmadı”.

Bunu APA-ya açıqlamasında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun qardaşı, axtarış zamanı nəşriyyatda olan VHP sədri Sabir Rüstəmxanlı bildirib.

S. Rüstəmxanlı deyib ki, polis əməkdaşları nəşriyyatda şübhəli saydıqları bəzi çap məhsullarını, qəlibləri götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR