Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
# 22 dekabr 2014 08:23 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 57 yaşlı qadın yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 21-də saat 18:00 radələrində, Mərdəkan-Bilgəh yolunda Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Eldar Mehdiyev idarə etdiyi VAZ-21093 markalı avtomobillə Mingəçevir şəhər sakini, 1957-ci il təvəllüdlü Sevil Mirzəyevanı vurub.

Ağır bədən xəsarəti alan qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR