Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 18 iyul 2014 10:25 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Yaşar Gülağa oğlu Alməmmədova tanışı vətəndaş Yadigar Vaqif oğlu Əhmədovun gətirdiyi ayaqqabının içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 ədəd sellofana bükülmüş xalis çəkisi 12,161 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR