Argentina xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Argentina xarici işlər nazirinin müavini Azərbaycana gələcək
# 27 may 2015 09:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain iyulun ilk həftəsində Azərbaycana səfər edəcək. Bu barədə APA-ya Argentinanın Azərbaycandakı sәfiri Karlos Dante Riva məlumat verib. O bildirib ki, səfər siyasi əlaqələrin daha da dərinləşdirilməsi məqsədi daşıyır.

Hələlik səfərin proqramı təsdiq olunmayıb. Səfir Argentinanın Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR