Adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 30 aprel 2015 11:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Xəqani Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.

Qeyd edək ki, Xəqani Şükürov münaqişə zəminində tanışı Kamal Qurbanovu güllələyərək qətlə yetirib. İlkin dindirmə zamanı X. Şükürov evinin qarşısında K. Qurbanovun söyüşlə danışdığını, buna görə də onu öldürdüyünü deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR