Qusar rayonunda köhnə məktəb binası yanıb

Qusar rayonunda köhnə məktəb binası yanıb
# 04 fevral 2013 23:44 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Qusar rayonunda yanğın faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Hiloba kəndində yerləşən məktəb binası yanıb. İstifadəsiz və qəzalı vəziyyətdə olan 112 kvadratmetrlik tikilidə baş verən yanğının söndürülməsi üçün əraziyə Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR