Bu gün İran-Pakistan təbii qaz boru xəttinin təməli qoyulacaq

Bu gün İran-Pakistan təbii qaz boru xəttinin təməli qoyulacaq
# 11 mart 2013 07:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Bu gün İran-Pakistan, “Sülh” təbii qaz boru xəttinin təməlqoyma mərasimi keçiriləcək.

APA-nın məlumatına görə, hər iki ölkənin sərhədində, yəni Sistan-Bəlucistan vilayətinin Çabahar şəhərində keçiriləcək tədbirdə İran prezidenti Mahmud Əhmədinejad, Pakistan prezidenti Asif Əli Zərdari, Pakistan Senatının sədri Fəhmidə Mirzə, hər iki ölkənin dövlət rəsmiləri, millət vəkilləri və müsəlman ölkələrinin Tehranda akkreditə olunmuş səfirləri iştirak edəcəklər.

Bundan əlavə, mərasimə Birləşmiş Ərəb Əmirliklərinin də (BƏƏ) dövlət rəsmiləri dəvət edilib. Eyni zamanda Guader limanında iki ölkənin ortaq neftayırma zavodunun açılması ilə də bağlı müqavilə imzalanacaq.

Qeyd edək ki, İran, Pakistan və Hindistan arasında imzalanmış 25 illik müqaviləyə əsasən, rəsmi Tehran İslamabad və Dehliyə müəyyənləşdirilmiş qiymətlə təbii qaz ixrac edəcək. Belə ki, 2014-cü ildən etibarən İran Pakistana 7,8 mlrd. kubmetr “mavi yanacaq” satacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR