Şabranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Şabranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
# 04 iyun 2015 18:26 (UTC +04:00)

Bakı-APA. Şabranda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Ağalıq kəndində (rayon mərkəzindən 18 km aralı) 1987-ci il təvəllüdlü Osmanov Elsevər Bəyməmməd oğluna məxsus "Mercedes" markalı minik avtomobili idarəetməni itirib, nəticədə yol-nəqliyyat hadisəsi baş verib. FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış E.Osmanovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:10-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR