Azərbaycan prezidenti monteneqrolu həmkarına təbrik məktubu göndərib

Azərbaycan prezidenti monteneqrolu həmkarına təbrik məktubu göndərib
# 23 aprel 2013 15:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Monteneqro Prezidenti Filip Vuyanoviçə təbrik ünvanlayıb.

APA-nın məlumatına görə, Monteneqronun prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə F. Vuyanoviçi təbrik edən dövlət başçısı Azərbaycan-Monteneqro əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməkdə olduğunu vurğulayıb.

“Dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi yolunda atdığımız qarşılıqlı addımlar əməkdaşlığımızın bütün sahələrdə ahəngdar inkişafı üçün daha da geniş imkanlar açır. Bu yaxınlarda qonaqpərvər ölkənizə etdiyim səfəri məmnunluqla xatırlayıram. Ümidvaram ki, birgə infrastruktur layihələrinin gerçəkləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”, - deyə prezident bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR