Azərbaycan bir ildə elektrik enerjisi ixracını 35% artırıb

Azərbaycan bir ildə elektrik enerjisi ixracını 35% artırıb
# 18 may 2015 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-aprel ayları üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 719 947,88 kubmetr qaz kondensatı ixrac edilib. Bu, 2014-cü ilin dörd ayı ilə müqayisədə 5,39% azdır.

Belə ki, ötən aylar ərzində Azərbaycandan xarici ölkələrə 3 142 587,88 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 2,06% çoxdur.

Yanvar-aprel aylarında 133 810,61 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 34,61% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR