Qəbələdə “Tarla günləri”nə həsr olunmuş beynəlxalq tədbir keçirilir

Qəbələdə “Tarla günləri”nə həsr olunmuş beynəlxalq tədbir keçirilir
# 02 may 2015 10:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Qəbələ rayonunda “Tarla günləri”nə həsr olunmuş beynəlxalq tədbir keçirilir.

APA-Economics”in xəbərinə görə, aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən beynəlxalq tədbirin açılış mərasimində 50 yerli və xarici şirkət, o cümlədən 2000-ə yaxın nümayəndə heyəti iştirak edir.

“Tarla günləri” keçirilməsində əsas məqsəd aqrar sektordakı son yeniliklər və imkanları təqdim etməklə yanaşı, bizneslər, istehlakçılar və ixracatçıları birləşdirməkdən ibarətdir. Burada, əsas üstünlük aqrar sektor üzrə texnologiya və sənayedəki yeniliklərə verilir.

“Tarla Günləri”nin təşkili ilə Azərbaycan qonşu Türkiyə və digər ölkələrin təcrübələrindən istifadə edərək, ölkə aqrar sektorun inkişafı üzrə dövlət siyasətinə dəstək verə, regionların sosial-iqtisadi inkişafına yardım edə, kiçik və orta sahibkarlığın, xüsusilə fermer və ailə təsərrüfatlarının inkişafını təşviq edə, biznes subyektləri üçün kənd təsərrüfatı barədə daha dəqiq və daha asan məlumat əldə etmək imkanı yarada və vətəndaşlara (istehlakçılara) aqrar sektorun potensialı haqqında dolğun və ucuz informasiya çatdıra biləcək.

“Tarla Günləri” layihəsi aqrar sahənin inkişafı məqsədinə yönəldilib. Layihə çərçivəsində Qəbələ rayonunda aprel-oktyabr tarixində 28 hektar torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olan hər bir sahibkar 6 ay ərzində məhsullarının əkib becərmələrini nümayiş edə biləcəklər. Bununla yanaşı aqrotexnika ilə məşğul olan şirkətlər də öz texnika və avadanlıqlarını nümayiş edə biləcəklər.

Qeyd edək ki, tədbirdə hökumət təşkilatları, xarici ölkə səfirlikləri, ictimai birlik nümayəndələri və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR