"DəmirBank" "Yığım" əmanətini təklif edir

"DəmirBank" "Yığım" əmanətini təklif edir
# 28 sentyabr 2015 09:59 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın “Yığım” əmanət ilə gələcəyinizi daha rahat təmin edə və yığımla yanaşı faiz gəliri də əldə edə bilərsiniz.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bunun üçün istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında əmanət hesabı aça bilər.

Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya dollar valyutasında yerləşdirmək mümkündür. Bununla yanaşı, əmanətin üzərinə istənilən vaxt əlavə məbləğ qoyula bilər. Əlavə olunan vəsaitin minimum məbləği isə məhdudiyyətsizdir.

Qeyd edək ki, “Yığım” əmanət məbləği 20 min manat və ya dolları keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ bankın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” Qanununun şərtlərinə müvafiq olaraq əhalinin “DəmirBank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda isə qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%, kompensasiya məbləği isə 30 000 manat təşkil edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR