Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib, sunami xəbərdarlığı elan olunub

Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib, sunami xəbərdarlığı elan olunub
# 06 fevral 2013 05:01 (UTC +04:00)

Bakı-APA. Sakit okeanda, Solomon adaları yaxınlığında 8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Santra Krus adasına 6 km-dən az məsafədə yerləşən ərazidə qeydə alınıb.

Zəlzələnin mənbəyi 33 km dərinlikdə qeydə alınıb. Bir qədər əvvəl bu ərazidə 6,3 bal gücündə təkanlar qeydə alınmışdı.

Okeaniyanın cənubunda sunami xəbərdarlığı elan olunub.

Sunami xəbərdarlığı həmçinin Solomon adalarına, Vanuatu, Nauru, Papua-Yeni Qvineya, Yeni Kaledoniya, Fici adalarına və bir neçə ada qruplarına şamil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR