Dövlət Sərhəd Xidmətinin əsgərləri and içib - FOTOSESSİYA - VİDEO

Dövlət Sərhəd Xidmətinin əsgərləri and içib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 avqust 2015 07:35 (UTC +04:00)

Yevlax. Teymur Zahidoğlu - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlər hərbi and qəbul ediblər.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, DSX-nin rəisi, general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə və gənc əsgərlərin mərasimdə iştirak edən valideynlərinə, doğmalarına çatdırılıb.

DSX-in rəis müavini, general-mayor İlham Mehdiyev sərhədçilər önündə çıxış edərək, Heydər Əliyevin müəyyənləşdirdiyi sərhəd strategiyasından və bu strategiyanın bu gün də Ali Baş Komandan İlham Əliyev tərəfindən müvəffəqiyyətlə yerinə yetirilməsindən, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi qorumağın şərəfli məsuliyyətindən danışıb.

Tədbir gənc əsgərlərin təntənəli yürüşü və hərbi vətənpərvərlik mahnısı ifa etməklə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR