Bank Of Baku

CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib

CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
# 06 sentyabr 2026 01:42 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla müharibə fonunda ölkənin sursat ehtiyatlarının azalması ilə bağlı məxfi məlumatların mediaya sızmasında xarici xüsusi xidmət orqanlarının mümkün iştirakından narahat olub.

Bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, sızma ilə bağlı aparılan araşdırma çərçivəsində ABŞ hərbi rəhbərliyinin bir neçə onlarla nümayəndəsi poliqraf yoxlamasından keçməli olub. Mənbələr bildiriblər ki, məlumatların mediaya sızması Trampın ciddi narazılığına səbəb olub.

“Silah-sursatla bağlı məxfi məlumatlara çox məhdud sayda şəxsin çıxışı var idi. Buna görə də onlardan hər hansı birinin xarici kəşfiyyatın agenti kimi fəaliyyət göstərə biləcəyi ilə bağlı şübhələr yaranmışdı”, – CBS mənbələrə istinadən bildirib.

Məlumata görə, poliqraf yoxlamasından keçirilən bütün Pentaqon rəsmiləri yoxlamadan uğurla keçiblər.

Telekanal qeyd edib ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn poliqraf yoxlamasına cəlb edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR