Bağdadda törədilmiş növbəti partlayış nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb

Bağdadda törədilmiş növbəti partlayış nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb
# 14 oktyabr 2014 18:49 (UTC +04:00)

Bakı-APA. Bağdadda hərbçilərin blokpostu yaxınlığında törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze avtomobili İraq paytaxtının Kadamiyyə məhəlləsində partladıb.

Bir neçə yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR