Mayın 8-də Moskvada MDB ölkələri dövlət başçılarının qeyri-formal görüşü planlaşdırılır

Mayın 8-də Moskvada MDB ölkələri dövlət başçılarının qeyri-formal görüşü planlaşdırılır
# 19 mart 2015 12:12 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Mayın 8-də Rusiya paytaxtında MDB ölkələri dövlət başçılarının qeyri-formal görüşünün keçirilməsi planlaşdırılır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev deyib. O, Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümünə həsr olunan tədbirdə iştirak üçün bütün MDB ölkə başçılarına dəvət göndərildiyini söyləyib: "Hazırda MDB ölkələrində dəvətlərə baxılır. Onlardan bir neçəsi artıq müsbət cavab verib. Ümid edirik ki, MDB ölkələrinin dövlət başçılarının hamısı Moskvada keçiriləcək bayram mərasiminə gələcək. Mayın 8-də Moskvada MDB dövlət başçılarının qeyri-formal görüşünün keçirilməsi də planlaşdırılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR