İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 2-də saat 10:00-da "Bakı Beton Konstruksiyaları" MMC-ni hərraca çıxaracaq.
Bu barədə "APA-Economics"ə Dövlət Xidmətindən bildirilib.
Hərraca çıxarılan zavodun ilkin satış qiyməti 3 937 493 manat, əmək kollektivinə güzəştli satışa çıxarılan hissənin qiyməti 590 624 manat, torpaq sahəsinin ilkin satış qiyməti 4 262 507 manat, hərraca çıxarılan ümumi ilkin satış qiyməti 7 609 376 manatdır. Əmlakın ümumi faydalı sahəsi 9267,3 kvadrat metr, özəlləşdirilən torpaq sahəsi isə 64 483 kvadrat metr təşkil edir.