Masallıda tibbi aksiya keçirilir

Masallıda tibbi aksiya keçirilir
# 24 aprel 2013 16:43 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə Masallıda tibbi aksiyaya start verilib.

APA-nın cənub bürosunun məlumatına görə, Masallı Mərkəzi Rayon Xəstəxanasının (MRX) həkim briqadası rayonun Boradigah qəsəbə xəstəxanasında sakinlərin müayinə və müalicəsinə başlayıb.

Həkim briqadası ilk olaraq rayonun Kubun kənd sakini, 1926-cı il təvəllüdlü, II Dünya müharibəsinin iştirakçısı olan Tərlan Nəzərova baş çəkib. Bütün müayinələrdən keçən 86 yaşlı veteranın səhhətində ciddi problemlər aşkar edilməyib. Bununla belə, həkimlər qocaman veterana məsləhətlərini verib, qanından nümunələr götürüblər.

Qeyd edək ki, humanitar aksiya 10 gün davam edəcək. Aksiya zamanı yüzlərlə rayon sakininin müayinə və müalicə olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR