Bu gündən Bakıdan Nyu-Yorka birbaşa uçuşlar başlayıb

Bu gündən Bakıdan Nyu-Yorka birbaşa uçuşlar başlayıb
# 24 sentyabr 2014 10:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov–APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) sentyabrın 24-dən etibarən Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri olan Nyu-Yorka birbaşa uçuşlara başlayıb.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bakı-Nyu-York-Bakı istiqamətində ilk uçuşu həyata keçirən yüksək komfortlu “Aerobus-340” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan səhər saat 6-da havaya qalxıb.

Qeyd edək ki, təyyarə Kennedi hava limanına yerli vaxtla saat 9:30-da (Bakı vaxtı ilə 16:30-da) enəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR