AMOR fəalları Sankt-Peterburq hökumətinin Moskvadakı nümayəndəliyində olublar - FOTO

AMOR fəalları Sankt-Peterburq hökumətinin Moskvadakı nümayəndəliyində olublar - <span style="color: red;">FOTO
# 03 noyabr 2015 20:53 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR fəalları, Rusiya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr Sank-Peterburq şəhərinin Moskvada yerləşən nümayəndəliyi önünə təşkilat rəhbəri Leyla Əliyeva adından əklil və gül dəstələri qoyublar.

AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev çıxışında bildirib ki, Azərbaycan xalqı başda lideri İlham Əliyev olmaqla bu faciəvi gündə rusiyalılara dəstəyini nümayiş etdirib: "Məlum olduğu kimi, oktyabrın 31-də Misirdə Rusiya təyyarəsi qəzaya uğrayıb. 224 nəfər həyatını itirib. Biz, Rusiyanın azərbaycanlı gəncləri, diaspor nümayəndələri hesab edirik ki, dostlar hər zaman bir yerdə olmalı, çətin günlərdə bir-birinə dəstək göstərməli, şad günlərdə isə birgə sevinc yaşamalıdırlar. Faciə ilə əlaqədar AMOR sədri Leyla Əliyevanın qərarı ilə təşkilatın VI forumu çərçivəsində əvvəlcədən keçirilməsi planlaşdırılmış konsert proqramı ləğv olunub. Bu addım onu göstərir ki, rusiyalılar və azərbaycanlılar iki qardaş xalqdırlar. Biz hər zaman Rusiya və Azərbaycanda baş verən hadisələrə anlayışla yanaşmağa və bütün məsələlərdə bir mövqedən çıxış etməyə çalışırıq".

Emin Hacıyev təşkilatın fəallarına tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR