Sərdar Ortac gələn ay Bakıda konsert verəcək

Sərdar Ortac gələn ay Bakıda konsert verəcək
# 11 aprel 2013 10:02 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva – APA. Türkiyənin məşhur müğənnisi Sərdar Ortac mayın 25-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

APA-nın məlumatına görə, “Buta Palace”da keçiriləcək konsert proqramında müğənni səhnəni azərbaycanlı gənc ifaçı Zarina Məmmədova ilə bölüşəcək.

Zarina Məmmədovanın sözlərinə görə, o, Sərdar Ortacdan öncə səhnəyə çıxaraq qırx dəqiqəlik konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, 22 nəfər işçi qrupu ilə Bakıya gələcək müğənnini türkiyəli DJ Uğur müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR