Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Mingəçevirdə müşavirə keçirib - FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Mingəçevirdə müşavirə keçirib - <span style="color: red;">FOTO
# 04 iyul 2014 13:40 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub. APA-nın məlumatına görə, müvafiq dövlət qurumlarının və tikinti şirkətlərinin nümayəndələri ilə birgə əraziyə baxış keçirən Ə. Həsənov köçkün şəhərciyinin inşaatı işlərinin bugünkü vəziyyəti, indiyədək görülən işlər, nəzərdə tutulan məsələlər barədə maraqlanıb, inşaatçılara işlərin yüksək səviyyədə və vaxtında yerinə-yetirilməsi üçün konkret tapşırıqlar verib.

Hazırda Mingəçevirdə 11 ədəd 9 mərtəbəli, 594 mənzilli binalar tikilir. Binalarda 36 ədəd 1 otaqlı, 288 ədəd 2 otaqlı, 234 ədəd 3 otaqlı, 36 ədəd isə 4 otaqlı mənzillər nəzərdə tutulur. Ərazidə bundan başqa, 480 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün binaların tikintisi də davam etdirilir.

Ə. Həsənov ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, onların arzu və təkliflərini dinləyib və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR