Allahşükür Paşazadə Fransa səfiri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işləri müzakirə edib

Allahşükür Paşazadə Fransa səfiri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işləri müzakirə edib
# 12 aprel 2013 15:01 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib. QMİ-dən APA-ya verilən məlumata görə, görüşdə Şeyxülislam ölkəmizdəki tolerantlıq mühiti, din-dövlət münasibətləri sahəsində atılan addımlar haqqında səfirə məlumat verib.

Xalqımızın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi gördüyü işləri dəyərləndirib. Səfir Paskal Mönye Azərbaycanın təkcə Qafqazda deyil, dünyada tutduğu önəmli mövqedən danışıb, ölkəmizdəki dini dözümlülüyün digər dövlətlər üçün örnək ola biləcəyini xüsusi vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran başqa məsələlər barədə fikir mübadiləsi aparılıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR