Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü Azər Hüseynbala oğlu Həşimov yaşadığı evdə özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.