Sayalı Sadıqova: “Yeni terminlər lüğəti”ndə “Facebook”, “İnstagram” sözlərinin düzgün yazılış forması verilib”

Sayalı Sadıqova: “Yeni terminlər lüğəti”ndə “Facebook”, “İnstagram” sözlərinin düzgün yazılış forması verilib”
# 21 may 2015 11:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Bu yaxınlarda çap olunacaq “Yeni terminlər lüğəti”ndə 2220 söz toplanıb. Lüğətdə terminlərin Azərbaycan dilində qarşılığı, konkret izahı və düzgün yazılış formaları verilib. Məsələn, “Facebook”, “İnstagram” və bu qəbildən olan digər sözlərin düzgün yazılış formaları qeyd olunub”. Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova deyib.

S. Sadıqova bildirib ki, son 5 ildə dilimizə daxil olan sözlər “Yeni terminlər lüğəti”ndə öz əksini tapıb: “Alınma və milli dilin daxili imkanları hesabına yaranan terminlər var. Bunlar hamısı “Yeni terminlər lüğəti”ndə toplanıb. “Yeni terminlər lüğəti”nin hazırlanmasında dilimizin söz yaradıcılığı prosesi nəzərə alınıb. Lüğətə dilin daxili imkanları hesabına yaranmış elə terminlər salınıb ki, onları çoxu heç ictimaiyyətə bəlli deyil. Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini tapmayan sözlər də yeni lüğətdə verilib. Məsələn, orfoqrafiya lüğətində olmayan “Telemətn” sözü ilk dəfə bu lüğətə salınıb ki, bu heç bizim orfoqrafiya lüğətimizdə yoxdur”.

S. Sadıqova qeyd edib ki, “Yeni terminlər lüğəti”ndə elm, texnika, iqtisadiyyat və müxtəlif sahələrə aid olan terminlər toplanıb: “Tibb, iqtisadiyyat, bank sektoru, aviasiya, xüsusən informatika ilə bağlı dilimizə gələn yeni terminlər lüğətdə yer alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR