Masazırda yanğın olub

Masazırda yanğın olub
# 27 oktyabr 2014 17:41 (UTC +04:00)

Bakı – APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Masazır kəndində ümumi sahəsi 15 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları, tikilinin içərisində yerləşən gücü 10 kVt olan transformatorun sarğıları, yağı və yaxınlıqda dayanmış vətəndaşa məxsus "Volkswagen" markalı yük avtomobilinin yanar hissəsləri yanıb.

Yaxınlıqdakı şirniyyat sexi yanğından mühafizə olunub. Yanğın saat 18:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR