Mayda “Azəriqaz” 51 mindən çox mənzildə texniki baxış keçirib

Mayda “Azəriqaz” 51 mindən çox mənzildə texniki baxış keçirib
# 03 iyun 2016 10:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin may ayında “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 51014 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə” 29 aprel 2016-cı il tarixli qərarına əsasən, mənzildə texniki baxış və profilaktik xidmət işləri bundan sonra Fövqəladə Hallar və Energetika nazirliklərinin səlahiyyətli nümayəndələri tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR