Yazıçı Elçin Hüseynbəyli Yevlaxda oxucularla görüşüb - FOTO

Yazıçı Elçin Hüseynbəyli Yevlaxda oxucularla görüşüb - <span style="color: red;">FOTO
# 27 aprel 2013 14:38 (UTC +04:00)

Bakı-APA. Yevlax şəhərində yazıçı-dramaturq Elçin Hüseynbəyli ilə oxucuların görüşü və imza günü keçirilib. APA-nın xəbərinə görə, tədbirdə rayon rəhbərliyi və ictimaiyyət fəalları iştirak edib.

Görüşü «Kür» qəzetinin baş redaktoru, publisist Əminə Yusifqızı açıb. O, müəllifin yaradıcılığı barədə məlumat verdikdən sonra sözü Rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədova verib.

Qoca Səmədov Elçin Hüseynbəylinin yaradıcılığı ilə çoxdan tanış olduğunu, hekayə və romanlarını mütaliə etdiyini deyib.

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd Elçin Hüseynbəylinin çağdaş ədəbiyyatın parlaq simalarından olduğunu bildirib. Müəllif çıxışında oxucularla yeni görüşündən məmnunluğunu dilə gətirib.

Sonda yazıçı oxucuların suallarına cavab verib, «Şah Abbas», «Yolayrıcında qaçış» romanlarını və «Ağ-qara» hekayələrini onlar üçün imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR