Barak Obama: “ABŞ Şimali Koreya ilə bağlı böhranı diplomatik yolla həll etməyə çalışacaq”

Barak Obama: “ABŞ Şimali Koreya ilə bağlı böhranı diplomatik yolla həll etməyə çalışacaq”
# 12 aprel 2013 02:17 (UTC +04:00)

Bakı-APA. ABŞ rəhbərliyi Koreya yarımadasındakı vəziyyəti diplomatik yolla həll etməyə çalışır, lakin hesab edir ki, KXDR hərbi ritorikadan çəkinməlidir. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama BMT-nin baş katibi Pan Qi Munla keçirilən görüşdə bəyan edib.

“Biz problemin diplomatik yolla həll olunması üçün səylərimizi davam etdirəcəyik”, deyə ABŞ prezidenti bildirib. Bununla belə Obama qeyd edib ki, Vaşinqton “xalqının təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək”.

“Danışıqlar zamanı biz o fikirlə razılaşdıq ki, KXDR hərbi ritorikaya son qoymalıdır və gərginliyi azaltmağa çalışmalıdır”, deyə Barak Obama qeyd edib. Onun sözlərinə görə, “heç kim Koreya yarımadasında münaqişənin baş verməsini istəmir”.

Pan Qi Mun, öz növbəsində, regionda gərginliyin aradan qaldırılması üçün Çindən dəstək istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR