Metroda qatarların hərəkətində gecikmə olub

Metroda qatarların hərəkətində gecikmə olub
# 11 mart 2013 06:57 (UTC +04:00)

Metronun «Dərnəgül-Həzi Aslanov» xətti boyunca qatarların hərəkətində 20-25 dəqiqə fasilə yaranıb.

Metropolitenin dispetçer xidmətindən «APA-Economics»ə verilən məlumata görə, baş verən gecikmə həmin istiqamətdə hərəkət edən qatarların birində nasazlığın baş verməsi ilə əlaqədar olub. Həmin qatar xətdən çıxarılanadək metronun işində fasilə yaranıb.

Xidmətdən bildirilib ki, nasaz qatar depoya göndəriləndən sonra hərəkət bərpa olunub, hazırda metronun işi normal rejimdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR