Bakı sakini qohumunu güllələyib

Bakı sakini qohumunu güllələyib
# 11 iyun 2016 10:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakini qohumunu güllələyib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 11-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.

C. Əliyev xəstəxanaya yerləşdirilib. E.Qənbərov könüllü olaraq Sabunçu rayon 14-cü Polis Bölməsinə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR