Nazirlər Kabineti “Tərcümə Mərkəzinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərar verib.
APA-nın məlumatına görə, qərara əsasən Tərcümə Mərkəzinin işçilərinin say həddi 50 ştat vahidi təsdiq edilib.
Tərcümə Mərkəzinin strukturuna isə Tərcümə Mərkəzinin Aparatı daxildir.