Bank Of Baku

Ermənistanda nazir etiraz aksiyalarına dəstək məqsədilə istefa verib

Ermənistanda nazir etiraz aksiyalarına dəstək məqsədilə istefa verib
# 25 aprel 2018 11:58 (UTC +04:00)

Ermənistanın idman və gənclərlə iş üzrə nazir Qraçya Rostamyan istefa verib və etiraz aksiyalarına qoşulacağını bəyan edib.

 

APA-nın “Aysor.am”a istinadən verdiyi məlumata görə, nazirin “Facebook” səhifəsində yer alan bəyanatında qeyd olunub ki, o, “Çiçəklənən Ermənistan” partiyasının üzvü olaraq partiya sədri Qaqik Tsarukyanın ümummilli birləşmə çağırışını dəstəkləyir və aksiyalara qoşulur.

 

Keçmiş nazir Ermənistan Respublika Partiyası və “Daşnaksütyun” partiyasından olan həmkarlarını da xalqa qoşulmağa çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR