Azərbaycanda sərnişindaşıma tarifləri artıb

Azərbaycanda sərnişindaşıma tarifləri artıb
# 15 iyul 2015 09:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyun ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,1%, digər xarici ölkələr üzrə 4,1% bahalaşmış, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 11,7% bahalaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri müvafiq olaraq 1,4% və 1,1% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

İyun ayında boru kəməri vasitəsilə qazın nəql olunma tarifi 0,1% ucuzlaşıb, neftin nəql olunma tarifi isə sabit qalıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR