Bank Of Baku

Marko Rubio ABŞ biznes nümayəndə heyəti ilə Özbəkistana səfər edəcək

Marko Rubio ABŞ biznes nümayəndə heyəti ilə Özbəkistana səfər edəcək
# 26 sentyabr 2026 01:34 (UTC +04:00)

ABŞ dövlət katibi Marko Rubio oktyabrda Amerika biznes dairələrinin geniş nümayəndə heyəti ilə Özbəkistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, ölkənin Hindistandakı səfiri Serxio Qor məlumat yayıb.

Onun sözlərinə görə, Rubio oktyabrın ortalarında Səmərqəndə səfər edəcək 100-dən çox ABŞ şirkətinin daxil olduğu biznes nümayəndə heyətinə rəhbərlik edəcək.

Səfərin məqsədi ABŞ ilə Mərkəzi Asiya arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi, həmçinin Vaşinqtonla Daşkənd arasında diplomatik və ticari əməkdaşlığın gücləndirilməsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR