Salyanda iki avtomobil toqquşub, deputatın köməkçisi ölüb - YENİLƏNİB - VİDEO

Salyanda iki avtomobil toqquşub, deputatın köməkçisi ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 11 avqust 2015 10:57 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Salyanda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxs deputatın köməkçisi olub.

Bu barədə APA-ya məlumat verən deputat Fəzail Ağamalı bildirib ki, onun köməkçisi Həsənbala Həsənovun içində olduğu “Opel” markalı maşın yük avtomobili ilə toqquşub. Nəticədə deputatın köməkçisi aldığı xəsarətdən dünyasını dəyişib.

Mərhum Salyanda dəfn ediləcək.

***

11:55


Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. “Opel” markalı minik avtomobili qarpız daşıyan “QAZel” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb, içindəki qarpızlar yola tökülüb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Sərnişinlərindən bir qadın və bir uşaq olmaqla iki nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır. Qəza nəticəsində ölən və yaralananların olub-olmaması barədə araşdırmalar başa çatandan sonra məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR