Azərbaycanda pilotsuz uçuş aparatlarından geoməkan məlumatlarının toplanılması üçün sınaq işləri aparılır

Azərbaycanda pilotsuz uçuş aparatlarından geoməkan məlumatlarının toplanılması üçün sınaq işləri aparılır
# 04 dekabr 2014 12:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. Azərbaycanda xüsusi pilotsuz uçuş aparatlarından geoməkan məlumatlarının toplanılması üçün sınaq işləri aparılır.

Bunu APA-ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Geoməkan və informasiya texnologiyaları, beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Abdullayev deyib.

Onun sözlərinə görə, geoməkan məlumatlarının toplanması ilə bağlı artıq yeni texnologiyalar mövcuddur: “Bununla bağlı müvafiq dövlətlərin bu sahə üzrə şirkətləri ilə danışıqlar aparılıb, texnoloji razılaşdırmalar da əldə edilib. Lakin hələlik onların adları kommersiya şərtlərinə görə açıqlanmır".

C.Abdullayev əlavə edib ki, indi müasir texnologiyalar, yəni kiçik pilotsuz təyyarələr vasitəsilə lokal çəkilişlər aparmaq mümkündür: “Bizim üçün əsas xüsusi proqram təminatının daha əlçatan olması, bizim şəraitə uyğun gəlməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR