Allahşükür Paşazadə məzhəb ayrı-seçkiliyi ilə bağlı dindarlara xəbərdarlıq edib

Allahşükür Paşazadə məzhəb ayrı-seçkiliyi ilə bağlı dindarlara xəbərdarlıq edib
# 04 iyun 2015 09:44 (UTC +04:00)

APA-nın məlumatına görə, Ramazan ayı münasibətilə bu gün QMİ-də keçirilən tədbirdə Şeyxülislam bəzi dindarlar arasındakı məzhəb ayrı-seçkiliyindən narahat olduğunu bildirib, bunun tezliklə aradan qaldırılmasını tələb edib.

Allahşükür Paşazadə Avropa Oyunları ilə əlaqədar ölkəyə çoxsaylı turistin gələcəyini dindarlara xatırladaraq məzhəb ayrı-seçkiliyi kimi halları ümumiyyətlə görmək istəmədiyini bildirib: “Nəzərə alaq ki, oyunlar Ramazan ayı ilə də üst-üstə düşür. Ölkədə məzhəb ayrı-seçkiliyindən çıxış edərək Ramazan ayının başlanması və namazla bağlı azanın fərqli vaxtlarda səsləndirilməsindən narahatam. Bu, qətiyyən doğru hal deyil. Ramazan ayında azanın səsi fərqli gələrsə, ölkəyə gələnlər düşünəcək ki, burada məzhəblər arasında fərq var, birlik yoxdur. Həm bizim idarə, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İran və Türkiyənin elmi-dini qurumları ilə sıx əməkdaşlıq edir. Lakin Azərbaycan müstəqil dövlətdir və özünün rəsədxanası var. Ona görə də biz öz rəsədxanamızın rəyi əsasında fətva verdik. Bizim rəsədxanamız İran və Türkiyədəki rəsədxanalardan daha güclüdür və daha dəqiq məlumatlar vermək imkanına malikdir. Biz öz elmimizə arxalanaraq hətta gələcəkdə namaz vaxtlarını da təyin edə biləcəyik".


Şeyxülislam onu da deyib ki, ötən il imam və axundlar Ramazan ayı ilə bağlı fətvaların xalqa çatdırılmasında zəiflik göstəriblər: Xüsusən, bölgə məscidlərində azanın eyni vaxtda verilməsi təmin edilməlidir. İmam və axundlar bu məsələyə ciddi nəzarət etməlidirlər. Buna əməl etməyənlərin məsələsi işdən azad etmə səviyyəsinədək gəlib çıxa bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR