Səməd Vurğunun nəvəsi Aygün Vəkilova dünyasını dəyişib

Səməd Vurğunun nəvəsi Aygün Vəkilova dünyasını dəyişib
# 18 mart 2015 09:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Səməd Vurğunun nəvəsi, şairin ev muzeyinin direktoru Aygün Vəkilova vəfat edib.

Ev muzeyindən APA-ya verilən məlumata görə, A.Vəkilova bu gün səhər saatlarında evində dünyasını dəyişib.

Qeyd edək ki, 57 yaşlı A.Vəkilova xərçəngdən əziyyət çəkirdi. Mərhumla vida mərasimi bu gün saat 15:30-da ev muzeyində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR