Eldar Qasımov yeni mahnı təqdim edəcək - FOTO

Eldar Qasımov yeni mahnı təqdim edəcək - <span style="color: red;">FOTO
# 14 fevral 2013 13:22 (UTC +04:00)

“İnanmıram ki, nə vaxtsa dəlicəsinə sevdiyin insana qarşı biganə qalmaq olar”

Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov sevgidən bəhs edən “Heartbreaker” mahnısını təqdim edəcək. Sənətçinin APA-ya verdiyi məlumata görə, mahnının musiqisi bəstəkar və prodüser İsa Məlikova, sözləri Grace James və Eldar Qasımova aiddir. Mahnının musiqi prodüseri danimarkalı bəstəkar Bo Larsendir.

Eldar bildirib ki, bu mövzuda mahnını ifa etmək çoxdankı istəyidir: “Amma bu artıq əzab çəkən ürək deyil. Bu mahnı yuxusuz gecələr və qarşılıqsız sevginin göz yaşlarından bəhs etmir. Fikirləşirəm ki, yaralı könül, parçalanan ürək hissi çoxlarına tanışdır. Və uzun müddətli təklik düşüncələri içində öz-özünə təsəlli axtararaq sadəcə bunu qışqırmaq istəyirsən: Sənə xoşbəxtlik arzulayıram! Qoy həyatında hər şey çox uğurlu alınsın! Sən buna layiqsən və mən bunu bilməyimə görə şadam! Əlbəttə hərdən özünün də pis yaşamadığını, hər şeyin əla olduğunu göstərmək istəyirsən, eyni zamanda həyatındakı əziz insanları itirməməyə çalışmaq lazımdır. Ona görə göstərmək istəyirsən, çünki sevdiyin insana qarşı sakit və biganə heç vaxt ola bilməzsən. Unutmaq, düşünməmək, maraq itirmək olar, amma inanmıram ki, nə zamansa dəlicəsinə sevdiyin insana qarşı biganə qalmaq mümkündür. Sizə nəql etdiyim bu hisslərin hər birini mənim yeni “Heartbreaker” mahnımda eşidə biləcəksiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR