Kürdəmirdə “BMW" inəkləri vurub, 23 yaşlı sürücü xəsarət alıb

Kürdəmirdə “BMW" inəkləri vurub, 23 yaşlı sürücü xəsarət alıb
# 07 iyun 2016 07:13 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov-APA. Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax əsas magistral yolunun 202-ci kilometrliyində, Kürdəmir rayonunun Qarabucaq kəndindən keçən hissəsində Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Bəhruz Nihat oğlu Abdullayev idarə etdiyi "BMW" markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına 2 baş inək heyvanı çıxıb. İdarəetmədən çıxan avtomobil inəkləri vurub. Yoldan çıxan avtomobil əzilib, sürücü xəsarət alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR