Rusiya Suriya müxalifətinin BMT-yə gəlməsinə imkan verməyəcək

Rusiya Suriya müxalifətinin BMT-yə gəlməsinə imkan verməyəcək
# 09 fevral 2013 01:54 (UTC +04:00)

Bakı-APA. Rusiya Suriya Milli müxalif və inqilabi qüvvələri koalisiyasının BMT-yə nümayəndə göndərmək cəhdlərinə mane olacaq. APA-nın məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib.

Vitali Çurkin xəbərdar edib ki, Suriya müxalifətinin istənilən birtərəfli hərəkətləri bu ölkədə siyasi prosesi tənzimləmək işinə mane olacaq.

Bu həftə Suriya müxalifəti ABŞ-da iki nümayəndəlik açıb. Vaşinqton və Nyu-York şəhərlərində fəaliyyət göstərəcək nümayəndəliklər ABŞ və BMT rəhbərlikləri ilə əlaqələri qurmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR