Bakıda şair Çingiz Əlioğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib - FOTOSESSİYA

Bakıda şair Çingiz Əlioğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 dekabr 2014 17:49 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri və başqaları iştirak edib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev nazir Əbülfəs Qarayevin Ç. Əlioğluna ünvanlanan təbrik məktubunu oxuyub və qeyd edib ki, nazirliyin kollegiyasının qərarı ilə şair əməkdar mədəniyyət işçisi fəxri döş nişanı və fəxri fərmanla təltif edilib.

Milli Məclisin vitse-spikeri Bahar Muradova, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Nizami Cəfərov, şair Rəşad Məcid çıxış edərək Ç. Əlioğlunun həyat yolu və yaradıcılığından danışıblar.

Tədbir konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR