Bank Of Baku

Paraqvayın sabiq prezidenti Penya ev dustaqlığına alınıb

Paraqvayın sabiq prezidenti Penya ev dustaqlığına alınıb
# 07 noyabr 2026 08:36 (UTC +04:00)

Paraqvayın sabiq prezidenti Santyaqo Penya ev dustaqlığına alınıb.

APA xəbər verir ki, bu barədə “ABC Color” qəzeti məlumat yayıb.

Məlumata görə noyabrın 7-də yerli vaxtla saat 11:00-da sabiq dövlət başçısı dindirilmək üçün aparılacaq.

Bundan əvvəl prokurorluq təxminən 3 milyon müştərinin hesablarının dondurulduğu “Ueno Bank” işi çərçivəsində Penyanın saxlanılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, noyabrın 6-da senatorlar Penyanın impiçmenti məsələsini dəstəkləyiblər.

Onun vəzifədən uzaqlaşdırılmasını istəyənlər sabiq prezidentin “Ueno Bank”la ehtimal olunan əlaqələri səbəbilə maraqlar toqquşmasında ittiham edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR