Gürcüstan prezidenti Azərbaycandakı səfir vəzifəsinə namizədi parlamentə təqdim edib

Gürcüstan prezidenti Azərbaycandakı səfir vəzifəsinə namizədi parlamentə təqdim edib
# 02 aprel 2013 08:07 (UTC +04:00)

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Mixail Saakaşvili Azərbaycandakı səfir vəzifəsinə yenidən Teymuraz Şaraşenidzenin namizədliyini irəli sürüb.

Türkiyədəki səfir vəzifəsinə İrakli Koplatadze, Qazaxıstandakı səfir vəzifəsinə Zurab Pataridze, Litvadakı səfir vəzifəsinə Xatuna Salukvadze, Avropa Şurasındakı daimi nümayəndə vəzifəsinə isə Konstantin Korkeliyanın namizədliyi irəli sürülüb.

Namizədlər parlamentin iclasında təsdiqlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR